Modern.az

İrandan ABŞ-a tələb: Jurnalisti təcili azad edin

İrandan ABŞ-a tələb: Jurnalisti təcili azad edin

Aktual

18 Yanvar 2019, 01:00

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif xüsusi bəyanatla çıxış edərək ABŞ-dan iranlı jurnalistin təcili azad olunmasını tələb edib. Modern.az xəbər verir ki, Məhəmməd Cavad Zərif ABŞ-da iranlı jurnalist Mərziyə Haşiminin həbs edilməsini siyasi şantaj adlandırıb.

 

Qeyd edək ki, Melani Franklin ABŞ-da anadan olub. Sonralar daimi yaşamaq üçün İrana köçüb və Mərziyyə Haşimi adını götürərək Press TV-də jurnalist kimi fəaliyyətə başlayıb.

 

O, yanvarın 13-də yaxın qohumları ilə görüşmək üçün ABŞ-a yola düşüb və Sent -Luis şəhərinin aeroportunda həbs edilərək Vaşinqton türməsinə gətirilib.

 

Jurnalistin həbs edilməsi səbəbləri haqqında məlumat verilmir. Lakin mətbuat yazır ki, jurnalist casusluqda ittiham edilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok