Modern.az

“Azərbaycan millisinin baş məşqçisi olduğum üçün xoşbəxtəm” - Nikola Yurçeviç

“Azərbaycan millisinin baş məşqçisi olduğum üçün xoşbəxtəm” - Nikola Yurçeviç

Aktual

18 Fevral 2019, 20:46

Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviç təyinatı ilə bağlı sosial şəbəkədə paylaşım edib. Modern.az "Report"a istinadən xəbər verir ki, 54 yaşlı xorvatiyalı mütəxəssis şəxsi "Facebook" hesabında "Azərbaycan milli komandasının baş məşqçisi olduğum üçün xoşbəxtəm" yazıb.

 

O həmçinin AFFA prezidenti Rövnəq Abdullayev və Bakıda Azərbaycan bayrağı fonunda çəkilən şəklini paylaşıb.

 

Qeyd edək ki, N.Yurçeviç fevralın 11-də Azərbaycan millisinin baş məşqçisi təyin olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir