Fransalı iş adamları Parisdə yanaraq kül olmuş Notr-Dam-de-Pari kilsəsinə maliyyə yardımı ayırmaqda davam edirlər.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, milyarder Pinonun kilsənin təmir-bərpa işlərinə ayırdığı 100 milyon avro yardımın ardınca, Bernar Arno və sahibi olduğu Louis Vuitton Moet Hennessy (LVMH) şirkəti də 200 milyon avro yardım aedəcək.
Kilsənin yerləşdiyi İl-de-Frans regionunun prefekti Valeri Pekres isə təcili yardım olaraq 10 milyon avro vəsait veriləcəyini elan edib.