Modern.az

Azərbaycan Qran-Prisində daha bir ağır qəza 

Azərbaycan Qran-Prisində daha bir ağır qəza 

Aktual

27 Aprel 2019, 17:50

“Formula-1” SOCAR Azərbaycan Qran-Prisində bolidlərinin sıralama turunda ağır qəza baş verib.

 

Modern.az xəbər verir ki, “Williams” komandasının pilotu Robert Kubitsa idarəetməni itirərək səkiyə çırplıb.

 

Nəticədə onun bolidi sıradan çıxıb və pilot yarışı dayandırıb. Bolid dərhal trekdən evakuasiya edilib.

 

Xatırladaq ki, dünən “Williams” komandasının digər pilotu Corc Raslın bolidi trekdəki lyuklardan birinə ilişərək sıradan çıxıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok