Modern.az

"KamAZ"ın təkəri partladı, usta başından yaralandı  

Hadisə

12 May 2019, 12:50

Bərdə sakini ehtiyatsızlıqdan ağır xəsarət alıb.

 

Modern.az xəbər verir ki, hadisə təkər təmiri sexində baş verib.

 

1977- cü il təvəllüdlü Mehrac Məhərrəmov KamAZ markalı yük avtomobilinin təkərinə hava vurarkən, təzyiq çox olduğundan təkər partlayıb. Nəticədə M. Məhərrəmov baş nahiyəsindən travmatik, kəsilmiş-deşilmiş yaralar alıb.

 

Xəsarət alan şəxs Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan dağıdıcı hücum: Rusiyada dəhşət yaşanır