Modern.az

İranda 5 bala yaxın zəlzələ oldu

İranda 5 bala yaxın zəlzələ oldu

Dünya

18 May 2019, 14:40

İranın Fars əyalətinin Hane Zaniyan rayonunda  4.7 bal gücündə zəlzələ baş verib.

Modern.az xarici KİV-lərə istinadən bildirir ki, təkanlar saat 12:18-də qeydə alınıb və 10 km dərinlikdə baş verib.

Hadisə yerinə 3 təcili tibbi yardım maşını göndərilsə də, xəsarət alanların olmadığı bildirilir.

Ətrafa da hər hansı ciddi ziyanın dəymədiyi vurğulanır.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək