Modern.az

Azyaşlı uşaq atasının maşının altında qalıb öldü

Azyaşlı uşaq atasının maşının altında qalıb öldü

Aktual

11 İyun 2019, 22:14

Cəlilabad rayonunda azyaşlı uşaq maşın altında qalaraq dünyasını dəyişib.

 

Modern.az “Report”a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Sabirabad kəndində baş verib.

 

Kənd sakini Nicat Əliyev həyətin qarşısında saxladığı “Qazel” markalı avtomobili hərəkətə gətirərkən, 11 yaşlı oğlu Samir Əliyevi görməyib. Nəticədə azyaşlı oğlu maşının altında qalaraq hadisə yerində dünyasını dəyişib.

 

Fakla bağlı araşdırma aparılır.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir