Modern.az

Elçibəyin ailəsi adından Mehriban Əliyevaya təşəkkür

Elçibəyin ailəsi adından Mehriban Əliyevaya təşəkkür

Aktual

17 İyun 2019, 21:22

Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin kürəkəni Aqil Səmədbəyli Türkiyədə dünyasını dəyişən qayınanası Həlimə Əliyevanın müalicə dövründə və yas mərasimində əməyi keçən hər kəsə təşəkkür edib.

Modern.az  xəbər verir ki, bu barədə Aqil Səmədbəyli öz "Facebook" səhifəsində yazıb.

 

Aqil Səmədbəyli cənazə xərclərini öz üzərinə götürdüyünə və çələng göndərdiyinə görə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlıq edib.

 

Qeyd edək ki, Həlimə Əliyeva iyunun 14-də Türkiyədə vəfat edib. Onun cənazəsi Azərbaycana gətirilərək, Naxçıvanın Ordubad rayonunun Kələki kənd qəbiristanlığında valideynlərinin yanında torpağa tapşırılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok