Prezident İlham Əliyev general-polkovnik Mədət Quliyevlə bağlı sərəncam imzalayıb.
Modern.az-ın xəbərinə görə, sərəncamda qeyd edilir ki, Mədət Qəzənfər oğlu Quliyev Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad edilsin.
Digər sərəncamı ilə Mədət Qəzənfər oğlu Quliyev Azərbaycan Respublikasının müdafiə sənayesi naziri təyin edilir.