Modern.az

Ermənilər Göygöldə traktoru snayper atəşinə tutub - RƏSMİ

Ermənilər Göygöldə traktoru snayper atəşinə tutub - RƏSMİ

Aktual

17 İyul 2019, 19:32

Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikası istiqamətində yerləşən bölmələri tərəfindən erməni kəndinin atəşə tutulması barədə Ermənistan mətbuatının yaydığı məlumatın heç bir əsası yoxdur. Bu məlumat yalandır və dezinformasiya xarakteri daşıyır.

 

Bunu Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Modern.az-a verilən məlumatda deyilib.

 

“Eyni zamanda bildiririk ki, bu gün səhər saatlarında Göygöl rayonu ərazisində təsərrüfat işləri görən traktor Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən snayper atəşinə məruz qalıb, itki yoxdur. Cavab tədbirləri nəticəsində düşmən susdurulub”, - deyə nazirliyin məlumatında bildirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok