Portuqaliyanın Portu şəhərində 15 min Santa Klaus eyni vaxtda küçə yürüşünə çıxıb. Bu hadisə dünya rekordu kimi qeydə alınıb.
Maraqlıdır ki, yürüşə çıxanlar təkcə kişi Santa Klauslar deyil, onların arasında qadınlar, uşaqlar, qocalar, hətta Santa Klaus paltarı geyindirilmiş ev heyvanları da olub.