Modern.az

Azərbaycanlı aparıcının əri terrora dəstəkdə ittiham olunur

Azərbaycanlı aparıcının əri terrora dəstəkdə ittiham olunur

Media

5 Avqust 2019, 21:58

ANS-in keçmiş aparıcısı Elnarə Təhməzovanın həyat yoldaşının həbs xəbəri yayılıb.

Modern.az  xəbər verir ki,  2015-ci ilin avqustun 8-də ərə gedən aparıcı Elnarənin əri məşhur biznesmen Hacı Rövşən ABŞ xüsusi xidmət orqanları tərəfindən həbs olunub.

İddia olunur ki, o, terror təşkilatı üçün 500 milyon dollar çirkli pul yumaqda ittiham olunub və məhkəmənin qərarı ilə ABŞ-da Rza Zərrabın da cəza çəkdiyi həbsxanaya yerləşdirilib.

Son illər Elnarə və həyat yoldaşı Dubayda yaşasa da, ərinin həbsindən sonra aparıcı bugünlərdə Bakıya qayıdıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir