Modern.az

Qaraçuxuru sel basdı – FOTO

Qaraçuxuru sel basdı – FOTO

9 Avqust 2019, 10:02

Hazırda paytaxtda müşahidə edilən dəyişkən hava şəraitində yağan güclü yağış bəzi küçə və prospektlərdə yolları keçilməz edib. Modern.az xəbər verir ki, xüsusilə ətraf qəsəbələrdə, o cümlədən Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində səhər 07:00 radələrindən yağan leysan xarakterli yağış nəticəsində yolları sel basıb. Avtomobillərin hərəkətində sıxlıq yaranıb.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti avqustun ilk ongünlüyündə hava şəraitinin kəskin dəyişəcəyilə bağlı xəbərdarlıq edib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi