Modern.az

Jurnalist namizəd seçkilərin gedişindən narazıdır

Jurnalist namizəd seçkilərin gedişindən narazıdır

Təhsil

23 Dekabr 2009, 15:42

Bu gün keçirilən bələdiyyə seçkilərində media nümayəndələrindən də namizəd kimi iştirak edənlər var. Belə jurnalistlərdən biri, 44 saylı Sumqayıt-Abşeron Seçki Dairəsindən Sumqayıt Şəhər Bələdiyyəsinə namizədliyini irəli sürən mia az. saytının redaktoru Zaur Məmmədovdur.   Modern.az xəbər verir ki, namizəd həmkarımız seçkilərin gedişindən narazıdır: «Səhər saatlarından başlayaraq 43 saylı Sumqayıt Seçki Dairəsinin müşahidə apardığım bir neçə seçki məntəqəsində qanun pozuntaları baş verib. Komissiya üzvləri isə qanunsuzluqlara göz yumurlar. Məsələn 17, 18 və 19 saylı məntəqələrində seçicilərin barmaqları yoxlanılmırdı. Bir adamın qutuya 3-4 bülleten atması halları da vardı. Namizəd olaraq səsvermədə iştirak edənlərin siyahısına baxmaq istədiyimi bildirsəm də, komissiya üzvləri bunun qnunsuz olduğunu dedilər. Halbuki MSK-nın hazırladığı təlimatda açıq şəkildə göstərilib ki, müşahidəçi səsvermədə iştirak edənlərin siyahısına baxa bilər». Z.Məmmədov seçici aktivliyinin də aşağı olduğunu vurğulayıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir