Modern.az

Azərbaycanın FIFA referisi Çempionlar Liqasının oyununa təyinat alıb

Azərbaycanın FIFA referisi Çempionlar Liqasının oyununa təyinat alıb

23 Avqust 2019, 18:11

Futzal üzrə FIFA referisi Hikmət Qafarlı beynəlxalq təyinat alıb.

 

Modern.az-ın məlumatına görə, baş hakim avqustun 28-dən 31-dək UEFA Çempionlar Liqasının C qrupunun oyunlarını idarə edəcək. Yunanıstanda təşkil olunacaq qrup oyunlarında “Minerva” (İsveçrə), “Blue Magic” (İrlandiya), “Miercurea Ciuc” (Rumıniya) və AEK (Yunanıstan) klubları iştirak edəcək.

 

Avqustun 28-də keçiriləcək “Minerva” – AEK oyununda birinci hakim olacaq Qafarlı ertəsi gün “Minerva” - “Miercurea Ciuc” matçında üçüncü, AEK – “Blue Magic” duelində ikinci hakim olacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
https://www.youtube.com/watch?v=BF6L1nRj5_E