Modern.az

Şamaxıda "Toyota"nın vurduğu piyada xəstəxanada öldü

Şamaxıda

Aktual

24 Avqust 2019, 16:18

Şamaxı rayonunun Mirikənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, avqustun 23-də saat 12 radələrində Şamaxı rayonunun Mirikənd kəndi ərazisində Bakı şəhər sakini C.Süleymanov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən Qaravəlli kənd sakini Rahib İsmayılovu vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənilər sərhəddə təxribat törətdi – İki zabit yaralandı