Modern.az

Boş qalan yerlərə ixtisas seçimi yekunlaşdı

Boş qalan yerlərə ixtisas seçimi yekunlaşdı

Təhsil

3 Sentyabr 2019, 00:29

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə ixtisas seçimi başa çatıb.

Modern.az  xəbər verir ki, seçim sentyabrın 2-si saat 23:59-dək davam edib.

İxtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin dövlət hesabına və ödənişli əsaslarla olan 12-yə qədər ixtisas kodunu seçə biliblər.

Boş qalan ixtisasların siyahısı “Abituriyent” jurnalının xüsusi buraxılışında təqdim olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok