Modern.az

Suriyanın Təl-Əbyad şəhəri Türkiyənin nəzarətinə keçdi

Suriyanın Təl-Əbyad şəhəri Türkiyənin nəzarətinə keçdi

Aktual

10 Oktyabr 2019, 18:57

Suriyanın şimal-şərqindəki Təl-Əbyad rayonu qismən Türkiyə Silahlı Qüvvələrinin nəzarətinə keçib.

 

Modern.az-ın məlumatına görə, hazırda Türkiyə Ordusu yerli qüvvələrin dəstəyi ilə rayon mərkəzini terrorçulardan təmizləyir.

 

Əməliyyat zamanı aviasiya, artilleriya ilə yanaşı pilotsuz uçuş aparatlarından da istifadə edilir.

Qeyd edək ki, oktyabrın 9-da Türkiyə Ordusu Suriyanın şimal-şərqində əməliyyatlara başlayıb.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyaya dəhşətli hava hücumu - Ərazilər 5 istiqamətdən vuruldu