Modern.az

Türkiyə Suriyada 525 terrorçunu zərərsizləşdirdi

Türkiyə Suriyada 525 terrorçunu zərərsizləşdirdi

Dünya

13 Oktyabr 2019, 22:16

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında "Sülh bulağı" əməliyyatı çərçicəsində 525 PKK/PYD-YPG terrorçusunu zərərsizləşdiriblər.

Modern.az  Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyinin "Twitter" səhifəsində bildirilib.

Məlumatda deyilir: "Uğurla davamç edən "Sülh bulağı" əməliyyatının başlandığı andan zərərsizləşdirilən PKK/PYD-YPG terrorçularının sayı 525-ə çatıb".

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri oktyabrın 9-da Suriyanın şimalında "Sülh bulağı" adı altında hərbi əməliyyatlara başlayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok