Modern.az

Türkiyə ordusu Suriyada iki şəhid verdi - FOTO

Türkiyə ordusu Suriyada iki şəhid verdi - FOTO

Aktual

15 Oktyabr 2019, 21:29

Türkiyə Silahlı Qüvvələrinin Suriya ərazisində antiterror əməliyyatı aparan qoşun birləşmələrində təmsil olunan hərbçilərdən ikisi şəhid olub, yeddisi yaralanıb.

Modern.az  Türkiyə Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Münbiç bölgəsində baş verən hadisə terrorçuların türk hərbçilərini toplardan və raketlərdən atəşə tutması nəticəsində baş verib.

Nazirlik şəhidlərin ailələrinə başsağlığı verib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənilər sərhəddə təxribat törətdi – İki zabit yaralandı