Modern.az

İcra hakimiyyəti əsgərin şəhid olduğunu təsdiqlədi

İcra hakimiyyəti əsgərin şəhid olduğunu təsdiqlədi

Qarabağ

7 Noyabr 2019, 11:23

Sosial şəbəkələrdə Dövlət Sərhəd xidmətinin müddətdən artıq xidmət edən (MAXE) hərbçisi, 1995-ci il təvəllüdlü Babək Vəli oğlu Aslanovun dünən gecə saatlarında cəbhənin Qazax istiqamətində şəhid olduğu barədə xəbərlər yayılıb. 


Modern.az
-ın əməkdaşı xəbəri dəqiqləşdirmək üçün öncə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat mərkəzi ilə əlaqə saxlamağa çalışıb. Ancaq DSX-nın mətbuat xidməti həmişəki kimi telefon zənglərinə cavab verməyib. 

DSX-nın mətbuat xidmətinin rəisi Rövşən Cahangirovu da tapmaq müşkülə çevrilib.


Xaçmaz Rayon İcra Hakimiyyətindən İctimaiyyətlə əlaqələr departamentinin aparıcı məsləhətçisi Yaqut Məsimova isə sosial şəbəkələrdə yayılmış məlumatı Modern.az-a açıqlamasında təsdiqləyib..


“Babək Aslanov dünən şəhid olub. Hazırda cənazə dəfn olunmaq üçün Xaçmaz rayonunun Mollabürhan kəndinə gətirilir”.

Allah rəhmət eləsin…

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək