Modern.az

Baş nazir TANAP-ın ikinci hissəsinin açılışına qatılacaq

Baş nazir TANAP-ın ikinci hissəsinin açılışına qatılacaq

Dünya

29 Noyabr 2019, 22:49

Gürcüstanın Baş Naziri Giorgi Qaxariya noyabrın 30-da Trans-Anadolu (TANAP) qaz boru kəmərinin ikinci hissəsinin açılış mərasimində iştirak edəcək.

Modern.az xəbər verir ki, bu barədə "Azərtac"a Gürcüstan Baş Nazirinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, G.Qaxariyanı bu tədbirə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dəvət edib.

Qeyd edək ki, açılış mərasimi Türkiyənin Ədirnə vilayətində keçiriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi