Modern.az

Şenol Günəş Bakıya gəldi

Şenol Günəş Bakıya gəldi

Aktual

5 Dekabr 2019, 15:53

Türkiyə milli komandasının baş məşqçisi Şenol Günəş Bakıya gəlib.

Modern.az xəbər verir ki, səfərdə məqsəd “Avro-2020”nin Bakıda keçiriləcək oyunları ilə bağlı təlim-məşq toplanını üçün otel və idman arenası ilə tanışlıqdır. 

Şenol Günəş Tofiq Bəhramov adına Respublika stadionunda və “Qarabağ”ın bazasında olub. Onu Ağdam klubunun nümayandələri müşayiət edib.

Xatırladaq ki, Türkiyə iyunun 17-də Uels, 21-də isə İsveçrə ilə oyunları Bakı Olimpiya Stadionunda keçirəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya dəhşətli hava hücumu - Ərazilər 5 istiqamətdən vuruldu