Modern.az

Milli Qəhrəmanın deputat xanımı: “Daha seçkidə iştirak etməyəcəm!” - FOTO

Milli Qəhrəmanın deputat xanımı: “Daha seçkidə iştirak etməyəcəm!” - FOTO

Parlament

21 Dekabr 2019, 12:06

“Parlament seçkilərində iştirak etməyəcəm. Qərarım dəqiqdir”.

 

Bunu Modern.az-a açıqlamasında Beşinçi çağırış Milli Məclisin 122 saylı Xankəndi seçki dairəsindən olan deputatı Flora Qasımova bildirib. O, yerini gənclərə vermək fikrində olduğunu vurğulayıb:


“Daha parlament seçkilərində iştirak etməyəcəm, deputat olmaq kimi fikrim də yoxdur. Bu sahədə gəncləri irəli çəkmək daha yaxşı olardı”.

 

Qeyd edəki ki, Flora Qasımovanın 72 yaşı var və iki çağırış Milli Məclisin deputatı kimi fəaliyyət göstərib. O, Azərbaycanın şəhid Milli Qəhrəmanı Şirin Mirzəyevin həyat yoldaşıdır.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya dəhşətli hava hücumu - Ərazilər 5 istiqamətdən vuruldu