Modern.az

Şəmkir sakini ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb

Şəmkir sakini ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb

Hadisə

4 Yanvar 2020, 09:00

Şəmkirdə bədbəxt hadisə baş verib.

 

Modern.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Keçili kəndində qeydə alınıb.

 

Kənd sakini, 1961-ci il təvəllüdlü Əsədov Natiq Bayram oğlu bədəninin müxtəlif hissəsinin yanığı ilə xəstəxanaya yerləşdirilib. Dərhal 58 yaşlı kişiyə lazımi tibbi yardım göstərilib. Vəziyyətinin hazırda kafi olduğu bildirilir.

 

Məlumata görə, hadisə evdə qazı yandıran zaman baş verib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Gürcüstana girir? - Hərbi əməliyyatlara hazırlıq…