Modern.az

“SEPAH utan, ölkəni rahat burax!” - Tehranda etirazlar başladı - VİDEO

“SEPAH utan, ölkəni rahat burax!” - Tehranda etirazlar başladı - VİDEO

Dünya

11 Yanvar 2020, 21:07

Tehranda etiraz aksiyaları başlayıb.


Modern.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, paytaxtdakı Əmir Kəbir Üniversitetinin önündə İranın vurduğu Ukrayna Hava Yollarına aid sərnişin təyyarəsində həyatını itirən insanların xatirəsinə təşkil olunan aksiyada rejim əlehinə şüarlar səsləndirilib.

 

Etirazlarda "Diktatora ölüm!", "Yalançılara istefa!", "Silahlı Qüvvələrin Ali  Baş Komandanına (Ayətullah Əli Xameneyi) istefa!",  "SEPAH utan, ölkəni rahat burax!", "Mənə fitnəçi demə, fitnəçi sən özünsən" şüarları səsləndirilib.

 

İran polisi səsləndirilən şüarlardan sonra izdihama müdaxilə edib. Polis aksiya yerinə gedən yolları bağlayıb və vətəndaşların o tərəfə doğru getməsinə icazə verməyib.

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək