Modern.az

İranın bombaladığı ABŞ bazası yaxından görüntüləndi - FOTOLAR

İranın bombaladığı ABŞ bazası yaxından görüntüləndi - FOTOLAR

Dünya

12 Yanvar 2020, 16:47

İranın general Qasım Süleymaninin qisasını almaq məqsədiylə raket zərbələri endirdiyi ABŞ-ın İraqdakı Ay el Esad bazası ilk dəfə yaxından görüntülənib.

 

Görüntüləri CNN telekanalı yayımlayıb.

 

Modern.az xəbər verir ki, hadisə baş verən gün ABŞ əsgərlərinin bir çoxu hərbi bazanı tərk edib, qalanları isə raket hücumuna görə sığınacaqda gizlənib.

 

Kanal müxbirini Arva Damonun sözlərinə görə, İranın hücum edəcəyi iki saat əvvəldən müəyyənləşdirilib. Bu xəbəri isə ABŞ-ın Avropa üzrə səfirlərindən biri verib.

 

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp hücumlar zamanı Amerika əsgərlərindən heç birinin xəsarət almadığını bildirib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok