Modern.az

Ermənistanda prezidentlə parlament arasında MÜBAHİSƏ – Konstitusiya Məhkəməsinə müraciət olundu

Ermənistanda prezidentlə parlament arasında MÜBAHİSƏ – Konstitusiya Məhkəməsinə müraciət olundu

6 Fevral 2020, 21:37

Ermənistan prezidenti Armen Sarkisyan ölkə parlamentinin qəbul etdiyi 2 qanun layihəsinə öz imzasını qoymaqdan imtina edib.

 

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Armen Sarkisyan “Bank sirri haqqında” və “Cinayət Məcəlləsinə dəyişikliklər haqqında” qanun layihələrini imzalamayıb və Konstitusiya Məhkəməsinə müraciət edib.

 

“Prezident bu qanunları imzalamayıb və həmin qanunların Konstitusiyaya uyğunluğunu müəyyən etmək üçün Konstitusiya Məhkəməsinə müraciət edib” – deyə prezidentin administrasiyası rəsmi məlumat yayıb.

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya dəhşətli hava hücumu - Ərazilər 5 istiqamətdən vuruldu