Modern.az

Pakistan \"Raad-2\" qanadlı raketini sınaqdan keçirib

Pakistan \

19 Fevral 2020, 00:31

Pakistan Silahlı Qüvvələri "Raad-2" qanadlı raketini sınaqdan keçiriblər.

Modern.az  xarici mediaya istinadən ki, bu barədə ölkə ordusunun mətbuat xidmətindən bildiriblər.

Bildirilir ki, 600 kilometrə qədər məsafəyə uça bilən qanadlı raket uğurla sınaqdan keçirilib. Qeyd edilir ki, silah kompleksi müasir naviqasiya sistemləri ilə təchiz edilib və bu, hədəfləri yüksək dəqiqliklə vurmağa imkan verir.

Məlumata əsasən, Pakistan prezidenti Arif Alvi, ölkənin baş naziri İmran Xan və Silahlı Qüvvələrin Qərargah rəisi alimləri və mühəndisləri raketin uğurla sınaqdan keçirilməsi münasibətilə təbrik ediblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir