Modern.az

Madər Musayevin dairəsindəki 1 məntəqədə pozuntular TƏSDİQLƏNDİ

Madər Musayevin dairəsindəki 1 məntəqədə pozuntular TƏSDİQLƏNDİ

Parlament

23 Fevral 2020, 18:23

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 10 saylı Binəqədi üçüncü seçki dairəsi ilə bağlı müraciətə baxılıb.


Modern.az-ın məlumatına görə, müraciət haqqında MSK üzvü İlkin Şahbazov məlumat verib. İclasda bildirilib ki, müraciətdə həmin dairə üzrə bir neçə seçki məntəqəsində seçki prosesinin pozulduğu iddia edilib.


İ.Şahbazov bildirib ki, araşdırmalar zamanı qeyd olunan halların yalnız 16 saylı seçki məntəqəsində qeydə alındığını söyləyib. O, həmin seçki məntəqəsində səsvermənin nəticələrinin ləğv edilməsini təklif edib.
MSK-nın ekspert qrupunun rəyi ilə təklif qəbul edilib.

 

Qeyd edək ki, həmin dairədən qalib namizəd Madər Musayevdir

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənilər sərhəddə təxribat törətdi – İki zabit yaralandı