İranın Bəndərabbas şəhərində xalqa müraciətində İran prezidenti Əhmədinejad Qərbin embarqo siyasətinin onları qorxutmadığını bəyan edib. Modern.az Fars Agentliyinə istinadən bbildirir ki, Qərbin İran neftinə embarqo tətbiqinin heç bir əhəmiyyət daşımadığını deyən Əhmədinejad İranın 3 il neft satmasa da, ölkəni rahat idarə edə biləsi mənbələrə sahib olduğunu qeyd edib.