Modern.az

Yardımlıda ata və oğulun öldürülməsi ilə bağlı cinayət işi başlandı

Yardımlıda ata və oğulun öldürülməsi ilə bağlı cinayət işi başlandı

Aktual

27 Fevral 2020, 17:11

Yardımlı rayonunda 2 nəfərin ölümü ilə bağlı cinayət işi başlanıb.

 

Modern.az-ın məlumatına görə, fevralın 27-si saat 14 radələrində Yardımlı rayonunun Heçxara kəndi ərazisində Şəmsəddin Kərimov və oğlu Elməddinin üzərində zorakılıq əlamətləri olan meyitlərinin aşkar edilməsi barədə daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib.

 

Faktla bağlı Yardımlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müdafiə xətti yarıldı,Ordumuz irəlilədi- Bu ərazilər nəzarətimizə keçdi