Modern.az

Məktəblərdə tətilin 1 mayadək uzadılması xəbəri yalandır - Nazirlik

Məktəblərdə tətilin 1 mayadək uzadılması xəbəri yalandır - Nazirlik

Təhsil

8 Mart 2020, 16:50

“Nazirlər Kabinetininin operativ Qərargahı adından Təhsil Nazirliyinin saytında yayıldığı iddia edilən guya məktəblərdə tətilin 1 mayadək uzadılması haqqında məlumat doğru deyil”.

 

Modern.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib. O qeyd edib ki, belə xəbərləri yayanları cinayət məsuliyyəti gözləyir:

 

“Hazırda Təhsil Naziriyinin saytına girişdə müvəqqəti problem var. Yaxın dəqiqələrdə problem aradan qaldırılacaq”.

 

Cəsarət Valehov mediadan rəsmi xəbərlərə istinad etməyi xahiş edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok