Modern.az

Erməni boksçu Zakaryan:”Məni türk bayrağında dəfn edin”

Erməni boksçu Zakaryan:”Məni türk bayrağında dəfn edin”

Təhsil

7 Yanvar 2010, 14:03

Türkiyənin ilk peşəkar boksçusu Qarbis Zakaryanın ən böyük arzusu ölərkən türk bayrağına sarılaraq dəfn olunmaqdır. Modern.az-ın türk mətbuatına istinadən verdiyi məlumata əsasən bir zamanlar döyüş biletləri qara bazarda satılan 80 yaşlı erməni əsilli idmançı ”şərəfini qorudu]um Türk bayrağı ilə dəfn olunmaq istəyirəm” deyib.

“Ümid edirəm ki, məni də öləndə Türk bayrağına sarılı tabuta qoyarlar. Ən böyük arzum və diləyim budur. Siyasətlə işim olmaz. Mən bu torpaqlarda doğuldum, bu torpaqlarda böyüdüm, xoşbəxt oldum və bu torpaqlarda da öləcəm”

İstanbulda doğulmuş Zakaryan Türkiyənin 50-ci  və 60-cı  illərdə rinqlərdə bir-birinin ardınca yalnız qələbə qazanmış ilk professional boks idmançısı hesab olunur. 1949-cu ildə Türkiyə və İspaniya arasında keçirilmiş boks yarışında idman forması geyinmiş Zakaryan daha sonra 1950-ci ildə Almaniyadan tutmuş, Argentina, Misir, Livan, Fransa, Braziliya  kimi ölkələrdə Türkiyənin idman şərəfini qoruyub. 1964-ci ildə isə o, Yaxın Şərq çempionu olub. 22 il idman karyerası yaşamış Zakaryan peşəkar olaraq 51 dəfə pinqə çıxıb. 1966-cı ildən təqaüdə çıxaraq məşqçiliyə başlayıb. Avropa çempionu Camal Kamaçi onun yetirməsidir.

Zakaryan italiyan əsili xanımı Esiliya ilə hazırda Sislidə qocalıq həyatını yaşayır.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!