Modern.az

Bu müəllimlərə maaş verilməyəcək? - Nazirlikdən açıqlama

Bu müəllimlərə maaş verilməyəcək? - Nazirlikdən açıqlama

Təhsil

18 Aprel 2020, 13:34

Təhsil Nazirliyi "Virtual məktəb" layihəsinə qoşulmayan müəllimlərə maaş verilməyəcəyinə dair məlumatlara münasibət bildirib. 

 

Modern.az xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov APA-ya açıqlamasında deyib ki, belə məlumatların heç bir əsası yoxdur: "Verilən bütün qərarlar Təhsil Nazirliyinin rəsmi internet resursları vasitəsilə yayımlanır". 

 

Qeyd edək ki, bəzi məktəb direktorları tərəfindən "Vurtual məktəb" layihəsinə qoşulmağın məcburi olduğuna və bu layihə vasitəsilə dərs keçməyən müəllimlərə maaş verilməyəcəyinə dair bildiriş göndərilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü