Ağ Ev Əl-Qaidə terror təşkilatı rəhbəri Usamə Bin Ladenin öldürüldüyü evdə müsadirə edilmiş bəzi sənədləri internet vasitəsilə yayımlayacağını elan edib. Modern.az bildirir ki, bu barədə ABŞ prezidenti Barak Obamanın terrorla mübarizə məsələsində baş məsləhətçisi Con Berinan Vest Point hərbi kollecindəki çıxışında açıqlayıb.
Sənədlərin məzmunu ilə bağlı danışarkın Berinan keçmiş Əl-Qaidə liderinin ordusundakı mübarizə ruhunun itiriliməsindən şikayətləndiyini qeyd edib. Berinan həmçinin qeyd edib ki,nterror təşkilatı dalbadal bir neçə fəlakətə məruz qalıb.
Berinan onu da əlavə edib ki, Bin Ladenin ölldürülməsi Əl-Qaidənin yox olması demək deyil. Ancaq Bin Laden və onun bir sıra köməkçilərinin öldürülməsi Birləşmiş Ştatları daha təhlükəsiz yer halına gətirib.