Ukraynada prezident seçkisi öncəsi siyasi ehtiraslar sərhədləri aşır. Modern.az-ın Ukrayna mətbuatına istinadən verdiyi məlumata əsasən, dövlət başçısı Viktor Yuşşenko baş nazir Yuliya Timoşenkoya siyaətdən getməyi təklif edib. “Onun heç olmasa bir azacıq dincəlmək vaxtıdır, çünki onun fəaliyyətinin hər bir ayı bizim ölkəmiz üçün böyük kasıbçılıq gətirir”-deyə prezident bildirib.
Yuşşenko Timoşenkoya evə qapılmağa və sevimli pələngi il oynamağı məsləhət görüb: “Qoy o, pələngi ilə oynasın və Ukrayna siyasətində əmək yolunu başa çatdırsın”.
“Qara dəniz oyunları” 11-ci xeyriyyə festivalı gedişində tədbirin sponsorları və uşaqlar Timoşenkoya benqal pələng balasını hədiyyə ediblər. 2009-cu ilin yayında isə Timoşenko pələng balasını Yalta zooparkına verib.