Modern.az

Atatürkün islahatları - Cümhuriyyət qadınlarına verilən azadlıq - VİDEO

Atatürkün islahatları - Cümhuriyyət qadınlarına verilən azadlıq - VİDEO

Aktual

19 May 2020, 13:44

Bu gün Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Bayramı günü kimi  qeyd edilir. 101 il öncə bu tarixdə Türkiyə Respublikasının qurulmasına gedən yolda ilk addım atılıb.

 

19 may 1919-cu ildə Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün Samsuna gəlişi ilə  Milli Mübarizə hərəkatının başlanğıcı qoyuldu.

 

1923-cü ildə Türkiyədə Cümhuriyyət elan olunduqdan sonra 19 may Samsun şəhərində “Qazi günü” kimi qeyd edilirdi.

 

20 İyun 1938-ci il qanunu ilə "Gənclər və İdman Günü" olaraq qeyd edilən bu milli bayramın adı, 1980-ci il 12 Sentyabr hərbi çevrilişindən sonra "Atatürkü Anma, Gənclik və İdman Günü" adlandırıldı.

 

Türkiyə Cümhuriyyətinin banisi M.K. Atatürk süquta uğramış Osmanlı imperatorluğunu müasir milli dövlətə çevirmək üçün siyasi, hüquqi, mədəni, sosial və iqtisadi sahələrdə çox mühüm dəyişikliklər edib. Bu islahatların əsas ideyası türk cəmiyyətinin müasirləşməsi üçün özünü siyasi, mədəni baxımdan qərbləşdirməsi idi.

 

Modern.az Türkiyə dövlətçiliyi üçün əsaslı dönüşə çevrilən həmin Atatürk islahatlarını videoçarxla təqdim edir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya dəhşətli hava hücumu - Ərazilər 5 istiqamətdən vuruldu