Modern.az

YAP Gəncə şəhər təşkilatının könüllüləri bayram sovqatı paylayıblar

YAP Gəncə şəhər təşkilatının könüllüləri bayram sovqatı paylayıblar

Aktual

23 May 2020, 12:58

Ölkəmizdə koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin “Biz birlikdə güclüyük!” çağırışına ilk gündən qoşulan Yeni Azərbaycan Partiyasının könüllü gəncləri xüsusi karantin rejimi dövründə aztəminatlı vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, onlara maddi və mənəvi dəstək göstərilməsi istiqamətində xüsusi fəallıq nümayiş etdirirlər.

 

YAP Gəncə şəhər təşkilatından Modern.az-a bildirilib ki, müqəddəs Ramazan bayramı ərəfəsində də Yeni Azərbaycan Partiyasının könüllüləri xeyriyyə aksiyasına qoşularaq, ƏƏSMN-nin sosial işçiləri ilə birlikdə Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə, Böyük Vətən Müharibəsi veteranlarına, ağsaqqallara və aztəminatlı ailələrə bayram sovqatı paylayıb,onları bayram münasibəti ilə təbrik ediblər.

Sakinlər bu çətin günlərdə onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənilər sərhəddə təxribat törətdi – İki zabit yaralandı