Modern.az

Bərdədə heyvan leşləri su kanalına atıldı - VİDEO

Bərdədə heyvan leşləri su kanalına atıldı - VİDEO

Aktual

31 May 2020, 14:52

Bərdədə bir neçə kəndin suyundan istifadə etdiyi su kanalına heyvan leşləri atılıb.

 

Modern.az xəbər verir ki, leşlər kanalın Alpout kəndindən keçən hissəsində aşkarlanıb.

 

Heyvanların müxtəlif xəstəliklərdən öldüyü ehtimal edilir. 

 

Sakinlər bildirirlər ki, onlar kanalın suyundan suvarmada və mal-qara üçün istifadə edirlər.

 

Kanal bir neçə kəndin ərazisindən keçir. Leşlərin kanala kimlərin atdığı isə hələlik məlum deyil. 

 

Qeyd edək ki, leşlər cins heyvanlara aiddir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya dəhşətli hava hücumu - Ərazilər 5 istiqamətdən vuruldu