Modern.az

ABŞ-da öldürülən Corc Floydun arvadı ilk dəfə DANIŞDI  

ABŞ-da öldürülən Corc Floydun arvadı ilk dəfə DANIŞDI  

Dünya

3 İyun 2020, 16:52

Polis tərəfindən həbsi zamanı həlak olan Corc Floydun dul qalmış xanımı Roksi Vaşinqton ilk dəfə olaraq canlı efirdə çıxış edərək, bütün dünya ilə kədərini bölüşüb və obyektiv araşdırma tələb edib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, qadın çıxışı zamanı həyəcan dolu anlar yaşayıb, özünün ərsiz, altıyaşlı qızının isə atasız qaldığını deyib:

“Cannanın atası artıq yoxdur. O, heç vaxt qızının necə böyüdüyünü, məktəbi bitirdiyini görməyəcək...”.   
     
R.Vaşinqton ərinin tutulmasında iştirak etmiş polislərin cəzalanadırılması ilə bağlı hökumətə müraciət edib. Qadın ərinin yaxşı insan olduğunu və ədalətli münasibətə layiq olduğunu söyləyib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok