Modern.az

ABŞ-da təyyarə qəzasında 5 nəfər ölüb

ABŞ-da təyyarə qəzasında 5 nəfər ölüb

Aktual

6 İyun 2020, 09:00

ABŞ-ın Corciya ştatının şimalında yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.

 

Modern.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, Florida ştatından İndiana ştatına uçan təyyarənin göyərtəsində pilot və bir ailənin 4 üzvü olub.

 

Məlumata əsasən, qəza nəticəsində sağ qalan olmayıb.

 

ABŞ-ın Mülki Aviasiya Federal İdarəsindən bildiriblər ki, təyyarə fırtınaya düşüb, amma qəzanın məhz bu səbəbdən baş verdiyini demək mümkün deyil.

 

Digər təfərrüatlar barədə məlumat verilmir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi