Modern.az

Ukraynalılar Hitleri Moskvaya "gətirdi"

Ukraynalılar Hitleri Moskvaya

Dünya

21 İyun 2020, 12:30

Ukraynanın kompüter oyunları yaradıcısı "Starni Qeyms" Adolf Hitlerin Moskva müharibəsində "qələbə qazandıqdan" sonra Qızıl meydanda təşkil etiyi paradın görüntüləndiyi yeni "Strategic Mind: Blitzkrieg" adlı strateji oyununu təqdim edib.

 

Modern.az xəbər verir ki, şirkətin oyuna əlavə etdiyi videoda faşistlərin Lenin mavzoleyi üzərində dayandıqları görünür.

 

Anonsda isə Hitler ordusunun Avropanı diz çökdürdüyü qeyd edilir.

 

Məsələ ilə bağlı açıqlama verən rusiyalı senator Frants Klintseviç bu cür layihələrin beynəlxalq hüquqa zidd olduğunu söyləyib:

 

"Bu, cəza tətbiq olunmalı cinayətdir. Bu səbəbdən belə bir oyunu təbliğ edənlər cinayət məsuliyyətinə cəlb ediləcəklər".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok