Modern.az

Azərbaycanın baş epidemioloqu İSTEFA VERDİ

Azərbaycanın baş epidemioloqu İSTEFA VERDİ

Ölkə

8 İyul 2020, 13:00

İbadulla Ağayev Azərbaycanın baş epidemioloqu vəzifəsindən çıxıb.

 

Modern.az xəbər verir ki, bu barədə APA-ya açıqlamasında İ. Ağayev özü məlumat verib.

 

O deyib ki, öz istəyi ilə ərizə yazaraq bu vəzifədən gedib:

“1976-cı ildən Azərbaycan Tibb Universitetində işləyirəm. 1992-ci ildən isə ATU-da professor, kafedra müdiriyəm. Həmçinin Əməkdar müəllim, Əməkdar elm xadimiyəm. 1991-ci il, ya da 1992-ci ildən ictimai əsaslarla baş epidemioloq oldum. İctimai əsaslarla işləyəndə heç kimə bunun müqabilində pul, maaş verilmir. Heç kim mənə heç nə deməyib. Sadəcə könüllü olaraq ərizə yazdım”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənilər sərhəddə təxribat törətdi – İki zabit yaralandı