Modern.az

Xanım deputatlar şəhid generalın ailəsində olublar

Xanım deputatlar şəhid generalın ailəsində olublar

15 İyul 2020, 18:22

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, sədr müavini Jalə Əliyevə və komitənin üzvü olan deputatlar - Sədaqət Vəliyeva, Könül Nurullayeva, Tamam Cəfərova, Nigar Arpadarai və Pərvin Kərimzadə Ermənistanın Azərbaycanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi son təxribatlar nəticəsində döyüş zamanı müdafiənin ön xəttində olarkən qəhrəmancasına şəhid olmuş general-mayor Polad Həşimovun evinə gedib.

 

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, deputatlar şəhidin anası Səmayə xanıma və ailə üzvlərinə dərin hüznlə başsağlığı verib, onlara Allahdan rəhmət və səbir diləyiblər.

 

Deputatlar bildiriblər ki, Ali Baş Komandanın rəhbərliyi ilə şəhidlərimizin qisası alınıb və alınacaq.

 

Komitə sədri Hicran Hüseynova qeyd edib ki, hazırda Ermənistanla, eyni zamanda, görünməyən düşmənlə - koronavirusla mübarizə aparılır:

 

 “Bu çətin zamanda insanların daha sıx birləşməsi lazımdır. Biz açıq bir hədəfə - düşmənlə mübarizəyə fokuslanmalıyıq. İnsanlar bunu başa düşməli, hər hansı təxribata uymamalıdır. Dünən bir qrup insanın etdiyi hərəkət canlarını bu torpaq, xalq uğrunda qurban verən şəhidlərin ruhuna hörmətsizlikdir”.  

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyanın sözləri erməniləri ağlatdı- Sərhəd kəndin ortasından keçəcək