Modern.az

Bakıya qanunsuz sərnişin daşıyan sürücü 3 min manat CƏRİMƏLƏNDİ

Bakıya qanunsuz sərnişin daşıyan sürücü 3 min manat CƏRİMƏLƏNDİ

Hadisə

23 İyul 2020, 10:07

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə karantin qaydalarını pozaraq Bakıya sərnişin daşımağa cəhd edən sürücü saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, sürücü Rəşad Əliyev sərnişinlərin hər birindən on beş manat almaqla idarə etdiyi “Mercedes”markalı mikroavtobusla onları Bakı şəhərinə aparacağına söz verib.

 

Sürücü R.Əliyev barəsində toplanmış material hüquqi qiymət verilməsi üçün  şəhər məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə o, üç min manat məbləğində cərimə edilib. Sərnişinlərə də İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onlara ciddi xəbərdarlıq edilib.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir