Modern.az

Qətərli iş adamı "Parma"nı alır

Qətərli iş adamı

Dünya

24 İyul 2020, 23:27

"Parma" klubu sahibini dəyişəcək.

 

Modern.az-ın məlumatına görə, qətərli iş adamı Hişam Saleh əl-Mana klubun prezidenti olacaq.

 

O, Qətərin ən varlı ailələrindən olan əl-Mana ailəsinin üzvüdür. Yeni sahib bunun üçün 5 il ərzində 63 milyon avro ödəyəcək və səhmlərin 51 faizinə sahib olacaq. Növbəti 5 ildə isə digər 49 faiz səhmləri alacaq. "Parma"nın hazırkı rəhbərliyi də işini davam etdirəcək. Yeni təyinatlar olacaq, ancaq struktur dəyişikliyi edilməyəcək.

 

Qeyd edək ki, Hişam Saleh əl-Mana "Saleh əl-Hamad əl-Mana Co" şirkətinin baş direktorudur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya dəhşətli hava hücumu - Ərazilər 5 istiqamətdən vuruldu