Modern.az

Güclü yağış Türkiyədə yenidən böyük fəsadlar yaratdı  

Güclü yağış Türkiyədə yenidən böyük fəsadlar yaratdı  

Dünya

25 İyul 2020, 00:34

Türkiyənin Ağrı vilayətinin Doğubayazıt rayonuna yağan güclü yağış böyük fəsadlar yaradıb.

 

Modern.az xəbər verir ki, Balık Gölü yolunun ətrafındakı kəndlər sel və daşqından böyük zərər çəkib. Məhəllə yollarını yuyan sel dərin yarğanlar əmələ gətirib. Güclü selin apardığı 16 yaşlı Nurşah Taşın cəsədi tapılıb.

 

Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) xilasedici və bərpa qüvvələri təbii fəlakət bölgəsində fəaliyyətə başlayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok