Modern.az

Eks-prezident ölüm ayağındadır

Eks-prezident ölüm ayağındadır

7 İyun 2012, 13:32

Misirin keçmiş prezidenti Hüsnü Mübarəyin səhhəti getdikcə pisləşərək kritik həddə çatıb. Modern.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, Mübarək koma vəziyyətindədir. Həkimlərin səylərinə baxmayaraq, sabiq prezident hələ də özünə gələ bilməyib. Bildirilib ki, bu gedişlə Misirin sabiq lideri həyatını itirə bilər. Həkimlər də H.Mübarəyin komadan ayılmamasının ölüm riski yaratdığını bildiriblər.

Ilkin məlumatlara görə, eks-prezident Mead Hərbi Hospitalına aparılacaq. Hazırda onun yerləşdiyi xəstəxanada yüksək səviyyədə təhlükəsizlik tədbirləri həyata keçirilir.

Qeyd edək ki, iyunun 2-də məhkəmə qarşısına çıxarılıan eks-prezident ömürlük azadlıqdan məhrum edilib. Bu xəbərdən sonra H.Mübarəyin  səhhətində ciddi problem yaranıb.

Anar RÜSTƏMOV

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok