Modern.az

Deputatın oğlu nazirin qardaşı qızı ilə evləndi - FOTO

Deputatın oğlu nazirin qardaşı qızı ilə evləndi - FOTO

Mədəni̇yyət

10 İyun 2012, 15:12

 


Millət vəkili, şair Sabir Rüstəmxanlı və Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının ailəsində toy çalınıb, onların oğlu Cəmil Rüstəmxanlı dünən evlənib. Paytaxtdakı şadlıq saraylarından birində keçirilən toy mərasimində bəy və gəlinin yaxın qohumları ilə yanaşı, xeyli tanınmış sima, o cümlədən Azərbaycanın və Türkiyənin bəzi deputatları, məmurlar iştirak ediblər.

Türkiyənin məşhur müğənnisi Ahmet Şafak toyda bəy-və gəlinə həsr etdiyi mahnını ifa edib.

S.Rüstəmxanlının gəlini ixtisasca filoloq olan Günel Məmmədova nəqliyyat naziri Ziya Məmmədovun qardaşı İldırım Məmmədovun qızıdır.

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Müdafiə xətti yarıldı,Ordumuz irəlilədi- Bu ərazilər nəzarətimizə keçdi